Stolüstü tennis üzrə Rusiya millisinin baş məşqçisi birinci Avropa Oyunları üçün heyəti açıqlayıb
12:01 22.05.2015
7885
Stolüstü tennis üzrə Rusiya millisinin baş məşqçisi Aleksandr Petkeviç birinci Avropa Oyunları üçün heyəti açıqlayıb. Bakı İdman Sarayında keçiriləcək yarışlarda Rusiyanın şərəfini Aleksandr Şibaev, Kiril Skaçkov, Aleksey Livençov, Yana Noskova, Polina Mixaylova və Anna Tixomirova qoruyacaqlar. Baş məşqçi birinci Avropa Oyunlarına hazırlıq məqsədilə dünya turu çərçivəsində keçiriləcək "Belarus Open” beynəlxalq turnirində tennisçilərin də qüvvələrini sınayacaqlarını bildirib. O, iyunun 1-də Bronniçı (Rusiya) şəhərində təlim-məşq toplanışına başlayacaqlarını, on gün sonra isə Bakıya yola düşəcəklərini söyləyib. Aleksandr Petkeviç deyib: "İyunun 13-də Avropa Oyunlarının stolüstü tennis üzrə komanda yarışları başlayacaq. Üç gün sonra isə şəxsi yarışlara start veriləcək. Şəxsi yarışlarda Kiril Skaçkov, Aleksandr Şibayev, Yana Noskova və Polina Mixaylovanın iştirakını planlaşdırırıq”.