Belçikalı cüdoçu birinci Avropa Oyunlarına görə “World Masters” beynəlxalq turnirindən imtina edib
12:27 22.05.2015
7228
Xəbər verdiyimiz kimi, mayın 23-24-də Mərakeşdə cüdo üzrə "World Masters” beynəlxalq turniri keçiriləcək. Belçikalı cüdoçu Şarlin van Snik birinci Avropa Oyunlarına qatılacağı üçün Mərakeşdəki beynəlxalq turnirdə iştirakdan imtina edib. "London-2012” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı deyib: "Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarında yüksək nəticə əldə etmək üçün "World Masters” beynəlxalq turnirinə qatılmayacağam. Tarixdə ilk dəfə təşkil olunacaq Avropa Oyunlarına ciddi hazırlaşıram. Çalışacağam ki, Bakıda medalçılar sırasında yer alım”. Birinci Avropa Oyunlarında cüdo yarışları iyunun 25-dən 28-dək "Crystal Hall”da təşkil olunacaq.