Minskdən qızıl medal

Minskdən qızıl medal


Belarusun paytaxtı Minskdə velosiped idmanının trek növü üzrə 1-ci kateqoriyalı "Grand Prix Minsk” turniri start götürüb. İlk yarış günü Azərbaycan yığma komandası üçün uğurlu alınıb.
Millimizin lideri Olqa İsmayılova 500 metr məsafəyə sprint yarışında 34.713 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün birinci pilləsinə qalxıb və bununla da aktivinə 80 reytinq xalı yazdırıb. 2-ci və 3-cü yerləri isə Rusiya idmançıları Yelena Brejneva və Yekaterina Qnidenko tutublar.
Komandamızın digər üzvü, ağır zədədən sonra yenidən mübarizəyə qoşulan Sergey Omelçenkoya gəlincə, o, 200 metr məsafəyə sprint yarışında 28 idmançı arasında 10-cu olub, həmçinin 2015-ci ildəki şəxsi rekordunu təzələyib. Bu gün hər iki velosipedçimiz keyrin növündə medal uğrunda mübarizə aparacaq.