Sağlamlıq imkanları məhdud məktəblilər arasında idman yarışları təşkil olunub

Sağlamlıq imkanları məhdud məktəblilər arasında idman yarışları təşkil olunub

Təhsil Nazirliyi Bakı-2015 birinci Avropa Oyunlarının proqramına daxil edilən idman növlərinin təbliğinə həsr olunan yarışları davam etdirir. Kütləvi idman tədbirləri çərçivəsində növbəti yarışlar sağlamlıq imkanları məhdud məktəblilər arasında təşkil olunub. Türkan qəsəbəsindəki 6 nömrəli Respublika xüsusi internat məktəbində futbol və basketbol idman növləri üzrə keçirilən yarışda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli, Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi, 8 nömrəli Sanatoriya tipli və 11 nömrəli İnteqrasiya təlimli internat məktəblərinin komandaları mübarizə aparıb. Futbol yarışında birinci yeri 11 nömrəli, ikinci yeri 4 nömrəli, üçüncü yeri 5 nömrəli, basketbol yarışında isə birinci yeri 6 nömrəli, ikinci yeri 8 nömrəli, üçüncü yeri 4 nömrəli internat məktəblərinin komandaları tutub. Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və medallara layiq görülüblər.