Bakı-2015-in məşəli Zaqatalaya gətirilib

Bakı-2015-in məşəli Zaqatalaya gətirilib



Bakı-2015 I Avropa Oyunlarının məşəli mayın 23-də Balakəndən sonra Zaqatalaya aparılıb.
Avropa məşəli Bayraq meydanından start götürüb. Daha sonra Heydər Əliyev prospekti, Dədə Qorqud küçəsi, 28 May, Üzeyir Hacıbəyov və Sülh küçələri ilə hərəkət etməklə, ümumilikdə 2 min 650 metr məsafə qət edərək Zaqatala Qalası ərazisinə gətirilib.
Məşəl estafetini daşımaq üçün rayonun 11 fəal gənci seçilib. Məşəl estafetini karate idman növü üzrə Avropa və beynəlxalq yarışların mükafatçısı Təbriz Balaxanov qəbul edərək, digər məşəlçilərə ötürüb. Cüdo idman növü üzrə dəfələrlə Azərbaycan çempionu olan Ariz Məmmədov tərəfindən alovlandırılan çıraq I Avropa Oyunları bitənədək saxlanılması üçün Heydər Əliyev muzeyinə təhvil verilib. Minlərlə sakin tərəfindən canlı olaraq izlənilən məşəl estafeti tədbiri rayon incəsənət ustalarının ifasında konsert proqramı ilə gecə saatlarına qədər davam edəcək.
Məşəl estafeti bu gün Şimal-Qərb bölgəsində olan səfərini Qax rayonunda davam etdirəcək.