Bakı- 2015-in proqramına daxil edilən 20 idman növü üzrə yekun sınaqları başa çatmaq üzrədir

Bakı- 2015-in proqramına daxil edilən 20 idman növü üzrə yekun sınaqları başa çatmaq üzrədir


Bakı-2015 Avropa Oyunları dünən voleybol və 3x3 basketbol üzrə uğurlu idman sınaqlarını yerinə yetirməklə açılış mərasimində təmsil olunacaq 20 idman növünün hamısı üzrə öz hazırlıq proqramının icrasını başa çatdırıb.
Bakı-2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirdi: "İdman sınaqları silsiləsinin bizim sınaq tədbirlərimizlə birlikdə uğurla başa çatdırılması Oyunların 12 iyun tarixində həyata keçəcək başlanğıcına bizi daha bir addım yaxınlaşdırır. Birinci Avropa Oyunlarının həyata keçirilməsi BAOƏK və bizim Azərbaycan tərəfdaşlarımız üçün böyük nailiyyətdir. Bu oyunlar özündə şəhər miqyaslı hazırlıq işlərini ehtiva etir. Lakin biz həmişə əsas diqqətimizi idmançıların təəssüratlarına yönəldirik.
"Sınaq tədbirlərimiz və idman sınaqlarımız bizə imkan verdi ki, "planlaşdır, həyata keçir, icra et, yoxla və təkmilləşdir” nəzəriyyəsi əsasında çıxarılan bəzi mühüm nəticələri öyrənək. Hazırda həmin biliklər nəticəsində Oyunları uğurla həyata keçirmək üçün daha yaxşı mövqeyə malikik.
"Mən qəti surətdə əminəm ki, möhtəşəm idman yarışları uğurlu idman tədbirlərinin əsasını təşkil edir. Biz Bakı-2015 Oyunlarında avropalı yarış iştirakçılarının daim yadda qalacaq çıxışlar nümayiş etdirməsi üçün şərait yaratmaq məqsədilə əlimizdən gələni əsirgəmədik.”
İdman sınaqları idman yarışı nöqteyi-nəzərindən Bakı 2015 Oyunlarının hazırlığını təmin etmək üçün nəzərdə tutulan tədbirlərdir. Sınaq tədbirləri isə özü-özlüyündə daha geniş çeşiddə funksional istiqamətləri ehtiva edən əlahiddə yarışlardır.
Bakı-2015 Oyunlarının İdman üzrə Direktoru cənab Pirs O’Kallahan bunu belə izah etdi: "İdman sınaqları silsiləsi Avropa Oyunlarına ev sahibliyi etməyə hazır olduğumuzu təsdiqləyib. Bakı 2015 Oyunlarının bütün idman növləri üzrə bağlı yarış iştirakçılarının uğurlu şəkildə çıxış etmələri üçün bütün məsələlərin həll olunmasını təmin edib.
"İdman sınaqları bizim həyata keçirdiyimiz altı əsas sınaq tədbirini tamamlayıb.Bunun sayəsində biz Oyunların müddəti ərzində funksional istiqamətlərin bütün növləri üzrə əməliyyatları sınaqdan keçirə bildik. Əsas idman obyektlərində sınaq tədbirlərini tam idman sınaqları silsiləsi ilə birləşdirməklə, biz öz əməli hazırlığımızı ən sərfəli qaydada və tam həcmdə sınaqdan keçirdik.”