Kamandan oxatma üzrə dünya və Avropa çempionatının mükafatçısı olan Belarus millisi Bakıya 6 idmançı ilə gəlir

Kamandan oxatma üzrə dünya və Avropa çempionatının mükafatçısı olan Belarus millisi Bakıya 6 idmançı ilə gəlir


Belarus Bakı-2015 birinci Avropa Oyunlarının kamandan oxatma yarışlarında 6 idmançı ilə təmsil olunacaq.
Belarus Olimpiya Komitəsinə istinadla xəbər verir ki, kişilərin yarışında Anton Prilepov, Pavel Dalidoviç və Aleksandr Lyaquşev birincilik uğrunda mübarizə aparacaqlar.
Qadınların mübarizəsində Anna Marusova, Yelena Tolkaç və Yekaterina Timofeyeva Belarusun şərəfini qoruyacaqlar.
Məşqçilər Sergey Pupkeviç və Valentina Kavalyevanın rəhbərliyi altında mübarizə aparacaq komanda dünya və Avropa çempionatlarının mükafatçısıdır.