Sərbəst güləşçilər Avropa Oyunlarına hazırlığı davam etdirirlər

Sərbəst güləşçilər Avropa Oyunlarına hazırlığı davam etdirirlər



Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız qarşıdan gələn ilk Avropa Oyunlarına hazırlığı Olimpiya Güləş Mərkəzində davam etdirir.
Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında böyüklərdən ibarət yığma komandanın üzvləri təlim-məşq toplanışında iştirak edirlər. 30-a yaxın güləşçinin iştirak etdiyi təlim məşq toplanışı mayın 18-dən başlayıb və iyunun 2-dək davam edəcək. Bu toplanış, həm də Avropa Oyunlarında iştirak edəcək heyətin müəyyənləşdirilməsində həlledici rol oynayacaq.
Təlim-məşq toplanışında sərbəst güləş üzrə İran komandasının 7 üzvü də iştirak edir. Onların arasında qitə və dünya çempionatlarının qalib və mükafatçıları ilə yanaşı, üçqat Asiya çempionu Reza Afzali Paemami da var.
Qeyd edək ki, iyun ayında ilk dəfə keçiriləcək Avropa Oyunlarında güləş yarışları iyunun 13-18-də Heydər Əliyev İdman Sarayında baş tutacaq. Hər üç güləş növü üzrə keçiriləcək yarışlarda ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.