Basketbol üzrə sınaq xarakterli yarış başa çatıb

Basketbol üzrə sınaq xarakterli yarış başa çatıb


Buyaxınlarda birinci Avropa Oyunları Parkının basketbol meydançasında basketbol 3x3 növü üzrə turnir keçirilib.
Bakı-2015 yarışlarına sınaq xarakteri daşıyan turnir Azərbaycan Basketbol Federasiyası və Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən təşkil olunub. Yarışda "Qala”, AZTOP, NTD, "Ulduzlar”, "Azəri” və "Aslanlar” komandaları iki qrupda mübarizə aparıblar. Sınaq yarışlarının yarımfinal görüşündə NTD klubu AZTOP komandasını 21:17 hesabı ilə məğlub edib. Yarımfinalın digər görüşündə isə "Qala” "Azəri” komandasını sınağa çəkib. Təcrübəli basketbolçulardan ibarət olan "Qala” bu oyunda çox asan qələbə qazanıb -21:12. Turnirin final qarşılaşmasında isə "Qala” və NTD komandaları üz-üzə gəliblər. Gərgin mübarizənin sonunda "Qala” rəqibinə heç bir şans verməyib-22:9. Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən "Qala” komandasının bütün üzvlərinə Bakı-2015 basketbol 3x3 üzrə yarışların finalı görüşünü izləmək üçün biletlər təqdim olunub.