Rumıniya Bakı-2015-də 147 idmançı ilə təmsil olunacaq

Rumıniya Bakı-2015-də 147 idmançı ilə təmsil olunacaq



Rumıniya iyunun 12-dən 28-dək keçiriləcək Bakı-2015 Avropa Oyunlarında 147 atletlə təmsil olunacaq.
Rumıniya Milli Olimpiya və İdman Komitəsinin məlumatına görə, ölkə birinci Avropa Oyunlarında 20-dən artıq idman növündə çıxış edən 83-ü kişi, 64-ü qadın olmaqla, ümumilikdə 147 atletlə təmsil olunacaq.