Avropa Oyunlarında iştirak edəcək 6 min idmançı barədə ətraflı məlumat

Avropa Oyunlarında iştirak edəcək 6 min idmançı barədə ətraflı məlumat



Bakı-2015 birinci Avropa Oyunlarında iştirak edəcək 6 min idmançının tərcümeyi-halı yarışın rəsmi internet səhifəsində və mobil tətbiqetməsində yerləşdirilib.
Olimpnews.az Bakı-2015-ə istinadla xəbər verir ki, bu məlumatları rəsmi mobil tətbiqetməyə və ya "az.baku2015.com” saytında yerləşdirilən "İdmançılar” bölməsinə daxil olmaqla əldə etmək mümkündür. Həmin səhifələrdə idmançıların təcrübəsi, onlar haqda statistik məlumatlar və s. barədə informasiya əldə etmək olar. Həmçinin atletlərin ləqəbi, məşğuliyyəti, böyük yarışlarda qazandıqları rekordlar haqda da ətraflı məlumat yerləşdirilib.
Məlumatlarla aşağıdakı keçid vasitəsilə tanış olmaq olar:www.az.baku2015.com/athletes/index.html.