Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında



Azərbaycan Respublikası Milli Olimpiya
Komitəsi Prezidentinin
SƏRƏNCAMI

Azərbaycan Respublikası idmançılarını və onların məşqçilərini Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:
1. I Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
- birinci yer tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
- ikinci yeri tutmuş hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
- üçüncü yeri tutmuş hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.
2. Komanda idman növlərində göstərilmiş ən yüksək nəticələrə görə mükafatlar aşağıdakı qaydada müəyyən edilsin:
- birinci yeri tutmuş komandanın hər bir üzvünə 15 min manat;
- ikinci yeri tutmuş komandanın hər bir üzvünə 10 min manat;
- üçüncü yeri tutmuş komandanın hər bir üzvünə 5 min manat.

İlham Əliyev
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsinin Prezidenti

Bakı şəhəri, 9 iyun 2015-ci il