Serbiyalı idmançılar “Bakıya doğru” şüarı altında bir araya gəliblər

Serbiyalı idmançılar “Bakıya doğru” şüarı altında bir araya gəliblər


İlk Avropa Oyunlarında Serbiyanı təmsil edəcək idmançıların tanıtdırılması və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yaranma günü ilə bağlı Belqradda "Bakıya doğru” şüarı altında tədbir keçirilib. Dörd mindən artlq insanın qatıldığı tədbirə maraq göstərənlər arasında uşaqlar çoxluq təşkil edib.
Tədbir çərçivəsində 4, 8 və 12 yaşlı uşaqlar, onların valideynləri və əlillər arasında müxtəlif yarışlar keçirilib. Serbiyalı idmançı İvana Spanoviç BOK-un prezidenti Tomas Baxın Olimpiya Hərəkatının yaranmasından, Olimpiya dəyərlərindən və idmanın önəmindən bəhs edən məktubunu oxuyub.
Tədbirdə çıxış edən Serbiya Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zarko Paspalj deyib: "Olimpiya Günü sosiallaşmaq, yarışmaq, təbiətin gözəlliklərindən zövq almaq, Olimpiya ruhunu və dəyərlərini təbliğ etmək üçün yaxşı fürsətdir. Serbiyanı Bakıda keçiriləcək ilk Avropa Oyunlarında təmsil edəcək idmançılar artıq mübarizəyə tam hazırdırlar. Əminəm ki, onlar ölkəmizə çoxlu medallarla qayıdaraq bizə qürur bəxş edəcəklər”.