“Gettyimages” saytında Bakı-2015 birinci Avropa Oyunları ilə bağlı fotosessiya yer alıb

“Gettyimages” saytında Bakı-2015 birinci Avropa Oyunları ilə bağlı fotosessiya yer alıb

Dünyaca məşhur "Gettyimages”in saytında Böyük Britaniyadan olan fotomüxbir Riçard Heskotun Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı Bakıda etdiyi fotosessiya yer alıb. Fotosessiyada Bakı-2015-in məşəlinin, Beynəlxalq Gimnastika Arenasının, Şirvanşahlar Sarayının, Azneft meydanındakı geri sayım saatının, İçərişəhərin, eləcə də Oyunların atributları ilə bəzədilmiş şəhərin şəkilləri var. "Gettyimages” dünyanın məşhur fotoqraflarını bir araya gətirən saytdır. Riçard Heskot Böyük Britaniyada məşhur televiziya kanalları, eləcə də sənədli filmlər üçün şəkillər çəkən peşəkar fotomüxbirdir.