“Bakı-2015”: “Neftçi İdman Klubu” Oyunlara 80 idmançı ilə qatılır

“Bakı-2015”: “Neftçi İdman Klubu” Oyunlara 80 idmançı ilə qatılır


"Neftçi İdman Klubu” İctimai Birliyi Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək idmançılarının siyahısını açıqlayıb. Hər zaman ölkənin idman həyatında mühüm rol oynayan klubu bu böyük idman tədbirində 80 idmançı təmsil edəcək.
"Neftçi İdman Klubu”nun üzvləri atletika, basketbol, çimərlik futbolu, boks, cüdo, güləş, gimnastika, qılıncoynatma, sambo, karate, atıcılıq, üzgüçülük, taekvondo, badminton, voleybol və şose velosipedi yarışlarında mübarizə aparacaqlar.

İlk Avropa Oyunlarında
yarışacaq "Neftçi İdman Klubu”nun atletləri

Atletika - 18 idmançı: Vadim Ryabixin, Valentin Buliçev, Hakim İbrahimov, İbrahim Əhmədov, Arif Abbasov, Elmir Cəbrayılov, Asəf Mehdiyev, Murad İbadullayev, Nazim Babayev, Azər Əhmədov, Şimşək Əlizadə, Orxan Qasımov, Şəfa Məmmədova, Zəkiyyə Həsənova, Valeriya Balyanina, Lidiya Salixova, Yelena Qladkova, İrada Əliyeva

3x3 basketbol - 4 idmançı: Amil Həmzəyev, Fuad Niftalıyev, Tatyana Deniskina, Dina Ulyanova

Çimərlik futbolu - 3 idmançı: Sabir Allahquliyev, Vüsal İsmayılov, Ramil Əliyev

Boks - 2 idmançı: Pərviz Bağırov, Anaxanım Ağayeva

Şose velosipedi - 2 idmançı: Elçin Əsədov, Samir Cəbrayılov

Qılıncoynatma - 6 idmançı: Azər Tağıyev, Cavanşir Ağakişiyev, Sabina Mikina, Sevil Bünyatova, Sevinc Bünyatova, Fatimə İbrahimova

Bədii gimnastika - 1 idmançı: Aynur Mustafayeva

Cüdo - 13 idmançı: İlqar Müşkiyev, Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Ramin Qurbanov, Elxan Məmmədov, Elmar Qasımov, Leyla Əliyeva, Səkinə Zayirova, Kifayət Qasımova, Xanım Hüseynova, Validə Mirzəzadə, Nərgiz İbrahimova

Paralimpiya cüdo - 3 idmançı: İlham Zəkiyev, Zakir Mislimov, Səbinə Abdullayeva

Karate - 1 idmançı: Aytən Səmədli

Sambo - 2 idmançı: İslam Qasımov, Nəzakət Xəlilova

Atıcılıq - 4 idmançı: Ruslan Lunev, Rəsul Məmmədov, İradə Aşumova, Nərminə Səmədova

Üzgüçülük - 2 idmançı: Dorian Fazekaş, Yuliya Stisyuk

Taekvondo - 2 idmançı: Ayxan Tağızadə, Günay Ağakşiyeva

Voleybol - 7 idmançı: Pərviz Səmədov, Aleksey Çervyakov, Fərid Cəlalov, Yevgeni Kovalenko, Emin Abdullayev, Tural Həsənli, Elmin Alışanov.

Güləş - 9 idmançı: Elman Muxtarov, Həsən Əliyev, Rəsul Çunayev, Elvin Mürsəliyev, Orxan Nuriyev, Yaşar Əliyev, Hacı Əliyev, Toğrul Əsgərov, Solmaz Həşimzadə

Badminton - 1 idmançı: Kənan Rzayev