“2016olympicsrio.org” saytında ilk Avropa Oyunlarının məşəlinin Bakıya gətirilməsinə dair məqalə verilib

“2016olympicsrio.org” saytında ilk Avropa Oyunlarının məşəlinin Bakıya gətirilməsinə dair məqalə verilib

"2016olympicsrio.org” saytında Azərbaycanın bölgələrinə və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdıran Bakı-2015-in məşəlinin iyunun 7-də paytaxta gətirilməsi barədə məqalə verilib. Məqalədə 100 məşəlçinin iştirak etdiyi yürüşün 16 kilometr məsafəni əhatə etdiyi qeyd olunur. Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Dənizkənarı Milli parkda məşəli qəbul edərək, estafet yürüşündə iştirak etmələri oxucuların diqqətinə çatdırılır.
Məqalədə birinci Avropa Oyunları, məşəlin səyahəti, keçiriləcək yarışlar, atletlər barədə də ətraflı məlumat verilir.