I Avropa Oyunlarında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib

I Avropa Oyunlarında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib



İyunun 11-də Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) rəhbərliyinin yekun qərarı ilə cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Elmar Qasımov milli komandamızın bayraqdarı seçilib. Bayraqdar E.Qasımov iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasimində Azərbaycan milli komandasının bayrağını daşıyacaq.
Tədbirdə MOK-un vitse prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, eləcə də Olimpiya çempionları iştirak edirdilər. Natiqlərin çıxışından sonra Azərbaycan himninin sədaları altında bayraq Elmaq Qasımıva təqdim olunub. O isə bayrağı Atletlər Kəndinə aparıb.
Qeyd edək ki, Elmar Qasımov 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa çempionatından vətənimizə qızıl medalla qayıdıb. Cüdoçu ötən il Tümendə təşkil olunan "Böyük dəbilqə” turnirinin, eləcə də Samsunda və Tbilisidə təşkil edilən Qran-pri yarışlarının qalibidir. İyirmi dörd yaşlı idmançı bu ilin mayında Bakıda keçirilən "Böyük dəbilqə” turnirində ikinci yeri tutub.

Olimpnews.az