İyunun 13-də Avropa Oyunları çərçivəsində dağ velosipedi üzrə yarışlara start verilib. Yarışda qadınlar arasında 19 ölkədən 27 iştirakçı, kişilər arasında 31 ölkədən 45 iştirakçı mübarizə aparır. Qadınların mübarizəsi artıq başa çatıb. İsveçrə təmsilçisi Neft Jolanda bütün rəqiblərini üstələyərək 1 saat 31 dəqiqə 5 saniyə nəticə ilə qalib adını qazanıb. İdmançı bu qələbəsi ilə həmçinin Avropa Oyunlarının ilk qalibi kimi adını tarixə yazdırıb. İkinci yeri onun komanda yoldaşı Katrin Stirnemann tutub-1 saat 33 dəqiqə 8 saniyə. Avropa Oyunlarının idman elçisi polşalı Maja Wloszowska 1 saat 33 dəqiqə 13 saniyə ilə üçüncü pillədə qərarlaşıb.