Karateçilərimiz Avropa Oyunlarının 2-ci qızıl medalını qazanıblar

Karateçilərimiz Avropa Oyunlarının 2-ci qızıl medalını qazanıblar



Azərbaycan karateçiləri birinci Avropa Oyunlarında ikinci qızıl medalı qazanıblar. Kişilər arasında kumite yarışlarında 75 kq çəki dərəcəsində mübarizə aparan Rəfael Ağayev finalda italiyalı Luici Busanı 1:0 hesabı ilə məğlub edərək birinci yeri tutub.
Xatırladaq ki, Avropa Oyunlarının ilk qızıl medalını da karateçilərimiz əldə ediblər. Kişilər arasında kumite yarışlarında 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Firdovsi Fərzəliyev finalda italiyalı Luka Mareskanı 4:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarışlar davam edir.