İlahə Qasımova: “Bu, mənim üçün çox böyük sevincdir”

İlahə Qasımova: “Bu, mənim üçün çox böyük sevincdir”


"Bakı-2015 birinci Avropa Oyunlarında Azərbaycan atletləri arasında ilk medalı qazanmaq çox qürurvericidir və mən bununla fəxr edirəm. Doğma vətənimizdə ilk dəfə keçirilən bu mötəbər yarışda medal sahibi olmaq mənim üçün çox mühüm əhəmiyyət daşıyır. Bunun üçün də yarışlara yaxşı hazırlaşmışdım.
Bu sözləri karatenin kumite yarışlarında 55 kq çəki dərəcəsində mübarizə aparan və bürünc medal qazanan idmançımız İlahə Qasımova deyib.
"Artıq mən birinci Avropa Oyunlarında ilk medala sahib olan Azərbaycan idmançısı kimi tarixə düşdüm. Bu, mənim üçün çox böyük sevincdir”, - deyə İlahə Qasımova qeyd edib.