Birinci Avropa Oyunlarında karate idman növünün kumite yarışlarında 75 kq çəki dərəcəsində Rəfael Ağayev çempion adına layiq görülüb. 12 dəfə Avropa və 4 dəfə dünya çempionu olan idmançımız qələbə münasibətilə bağlı Milli Olimpiya Komitəsində "Zəfər günləri” çərçivəsində keçirilən tədbirdə deyib: "Yeddi yaşımdan karate ilə məşğulam. Artıq 30 yaşım var. Yarışlarda həmişə Azərbaycanı layiqincə təmsil etməyə çalışıram. Çünki qələbələrimiz bizimlə yanaşı, bütün xalqımızın sevinci və qürurudur”, – deyə Rəfael Ağayev bildirib.
İdmançımız ilk Avropa Oyunlarının qalibi olduğuna görə qürur duyduğunu deyib: "Bakı-2015-in çempionu olduğum üçün qürur duyuram. Avropa Oyunları digər çempionatlardan çox fərqlənir”.