Velosipedçimiz Çində 3-cü oldu

Velosipedçimiz Çində 3-cü oldu


Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project” Çində keçirilən sayca 14-cü "Tour de Qinghai Lake” yürüşündə iştirakını davam etdirir. Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edir.
Yarışın ən ağır dar mərhələlərindən biri kimi xarakterizə olunan 190 km-lik 7-ci gündə komanda üzvlərimizdən ən yüksək göstəriciyə Matey Müqerli imza atıb. İdmançı finişi mərhələ qalibi, İtaliyanın "Lampre-Merida” dünya turu komandasının üzvü İlya Koşevoydan 55 saniyə sonra keçməklə 3-cü yeri tutub. Üçünçülük velosipedçimizə ümumi təsnifatda 9-cu yeri qorumağa imkan yaradıb. Hazırda Matey Müqerli liderə 3 dəqiqə 36 saniyə uduzur.
"Synergy Baku” 7 mərhələdən sonra komanda hesabında 6-cı pillədəki mövqeyində qalır. Qeyd edək ki, yarışa iyulun 18-də yekun vurulacaq.