Azərbaycanın ağır atletləri Avropa birinciliyində iştirak edirlər

Azərbaycanın ağır atletləri Avropa birinciliyində iştirak edirlər

İsveçin Landskrona şəhərində 15 yaşınadək (27 ölkədən 141 idmançı) və 17 yaşadək (29 ölkədən 192 idmançı) yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilir.
Çempionatda Azərbaycanı təmsil edən ağır atletlərin çoxu "Zirvə” idman klubunun üzvləridir. "B” qrupunda 50 kiloqramadək çəki dərəcəsində çıxış edən Fuqan Əliyev həmin kateqoriyada 1-ci yeri tutub. O, cəmdə 172 kiloqram ağırlığı qaldıraraq, (76+96 kq) ümumi hesabda 7-ci olub. "A” qrupunda çıxış edən Elməddin Hüseynov isə 168 kiloqram (72+96) nəticə ilə ümumi hesabda 10-cu olub.