Velosipedçimiz Avropa çempionatında uğurlu nəticə göstərib

Velosipedçimiz Avropa çempionatında uğurlu nəticə göstərib



Estoniyanın Tartu şəhərində velosiped idmanının şosse növü üzrə 23 yaşadək velosipedçilər arasında Avropa çempionatı başa çatıb. Yarış Azərbaycan yığma komandası üçün uğurlu nəticə ilə yadda qalıb.
Belə ki, komandamızın üzvü, 21 yaşı ötən ay tamam olan Samir Cəbrayılov bu yaş qrupunda Azərbaycan velosipedi tarixində ən yüksək nəticəyə imza atıb. "Synergy Baku" kontinental komandasının da şərəfini qoruyan idmançımız 161 km məsafəni Avropa çempionu titulunu qazanan slovakiyalı Erik Baska ilə eyni vaxtda başa vurub - 3 saat, 36 dəqiqə, 49 saniyə.
Fotofinişə əsasən Samir Cəbrayılov yekun sıralanmada 160 iştirakçı arasında 14-cü nəticə göstərib. Xatırladaq ki, ötən il İsveçrədə təşkil olunmuş anoloji yarışda Elgün Əlizadə gənclər arasında 12-ci olmuşdu.