Aprelin 16-dan 20-dək Qazaxıstanın Aktobe şəhərində dünya və Avropa çempionu Qalib Cəfərovun şərəfinə yeniyetmələr arasında boks üzrə ənənəvi turnir keçiriləcək.Komandamız yarışda məşqçilər Təvəkkül Məmmədov və Elbrus Rzayevin rəhbərliyi altında mübarizə aparacaqlar.
Turnirdə Azərbaycanı Ümid Rüstəmov (46 kq), İbrahim İmanov (48 kq), Qüdrət Quliyev (50 kq), Ağasif Eyniyev (52 kq), Elməddin İsmayılov (54 kq), Cavid İsgəndərzadə (57 kq), Şamil İbrahimzadə (60 kq), Elmin Əsgərov (63 kq), Rövşən Musayev (66 kq), Hüseyn Tarverdili (70 kq), Elvin Məhərrəmov (75 kq), Şükran Mehdiyev (80 kq) və İlkin İmanov (80 kq-dan yuxarı) iştirak edəcəklər.
Qeyd edək ki, milliyyətcə azərbaycanlı olan Qalib Cəfərov Qazaxıstanda anadan olduğundan uzun illər bu ölkənin milli komandasının şərəfini qoruyub.