Məşhur pilotun səhhəti yenidən pisləşdi

Məşhur pilotun səhhəti yenidən pisləşdi


"Formula-1”in əfsanəvi pilotu Mixael Şumaxerin səhhətində son müayinələrdən sonra geriləmə müşahidə olunub. Onun çəkisinin 45 kq-a qədər düşdüyü deyilir. İdmançı nə danışa, nə də yeriyə bilir. Şumaxerin müalicəsi ilə məşğul olan həkim Frankois Payen də idmançının səhhətində irəliləyişlərə nail olmaq üçün azı üç il gözləməli olacaqlarını bildirib.
Xatırladaq ki, Mixael Şumaxer 2013-cü il dekabrın 29-da Fransanın Meribel kurort şəhərində xizəklə sürüşərkən yıxılaraq ağır kəllə beyin zədəsi alıb. Uzun müddətdən sonra komadan ayılan Şumaxer evində müalicə olunurdu.
Məlumat üçün bildirək ki, Pilot 1999-cu ildə də ağır qəza keçirmişdi. Həkimlər idmançının sağ ayağın iki yerdən sındığı üçün yenidən yarışlara qayıda bilməyəcəyini desələr də, alman pilot uzun sürən müalicədən sonra karyerasını davam etdirmişdi.