Həmvətənimiz Murmansk rinqində fərqlənib

Həmvətənimiz Murmansk rinqində fərqlənib



Rusiya Federasiyasının Murmansk şəhərinin "Laplandiya” Yaradıcılıq Sarayında "Yaddaş” adlı boks turniri keçirilib.
Turnirdə Murmansk vilayətinin şəhər və qəsəbələrindən 50-dən çox gənc və yaşlı boksçu mübarizə aparıb. Yarışda Snejnoqorsk, Kirovsk, Qadjiyevo, Severomorsk şəhərlərinin və Roslyakovo qəsəbəsinin nümayəndələri iştirak ediblər. Konsert salonunun səhnəsində quraşdırılmış rinqdə iki gün ərzində gərgin görüşlər keçirilib.
Turnirin qalibləri arasında həmvətənlərimiz də olub. 2001-2002-ci illər təvəllüdlü gənclərin yarışlarında 36 kiloqrama qədər çəki dərəcəsində Salman Kərimov (Murmansk vilayətinin Roslyakova qəsəbəsi), 54 kiloqram çəki dərəcəsində Rövşən Hüseynov (Murmansk vilayətinin Kirovsk şəhəri) qalib gəliblər.