Bu il Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran-pri yarışlarına kömək edəcək marşallarla bağlı tədbir keçirilib.
"Olimpnews.az” xəbər verir ki, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin nümayəndələri Bakıda keçiriləcək yarış barədə məlumat veriblər.
Daha sonra iştirakçılara marşallar, onların vəzifələri, marşal olmaq üçün şərtləri barədə geniş məlumat verilib və videoçarxlar nümayiş etdirilib. Bildirilib ki, Avropa Qran-pri yarışları üçün təxminən 150 yerli marşal tələb olunacaq və onlara lazım olan təlimatlar veriləcək.
Qeyd edək ki, Avropa Qran-pri yarışları iyunun 19-da keçiriləcək. Marşal olmaq üçün edilən müraciətlər fevralın ortalarına qədər qəbul olunacaq.