Biləsuvar rayonunda Heydər Əliyenin 90 illik yubileyinə həsr olunmuş "İdman məktəblərinin VI Yay Oyunlari çərçivəsində boks üzrə respublika çempionatı başa çatıb. 56 kq çəki dərəcəsində çıxış edən Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının I kurs tələbəsi Arif Bayramov butun rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Yarışın birinci mərhələsində Ağcabədi boksçusu ilə qarşılaşan Arif rəqibini nokaut vəziyyətinə salıb. Növbəti mərhələdə bakılı boksçu ilə döyüşə çıxan Bayramov bu rəqibini də nokaut vəziyyəyinə salaraq final mərhələsinə adlayıb. Naxçıvanlı boksçu final görüşündə lənkəranlı idmançı ilə qarşı-qarşıya gəlib. Gərgin keçən qarşılaşmada xal fərqi ilə rəqibinə qalib gələn Arif Bayramov çempionatı qızıl medalla bitirib.
Qeyd edək ki, 35 komandanın yer aldığı turnirdə Naxçivanın boks komandası 3 qızıl və 1 gümüş medal sayı ilə I pillədə qərarlaşıb.
Emil Səmədov
HDU-nun Jurnalistika ixtisası üzrə I kurs tələbəsi