Aprelin 22-də Xarkov İdman Sarayında boksçuların turniri keçirilib. Kliçko qardaşlarına məxsus "K2 promotion” şirkətinin dəstəyi ilə təşkil edilmiş bu turnirdə Azərbaycanı Ağəli Alışov təmsil edib. Boksçumuz yüngül çəki dərəcəsində Ruben Movsesyan ilə qarşı-qarşıya gəlib. Gərgin keçən döyüş həmyerlimizin möhtəşəm qələbəsi ilə başa çatıb.
Öz çəki dərəcəsində peşəkar boks üzrə ilk azərbaycanlı Avropa çempionu A.Alışov döyüşdən sonra Kiyevdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək onun önünə tər çiçəklər qoyub.