Pilotçumuz Bakı şəhər halqasında test yürüşü edəcək

Pilotçumuz Bakı şəhər halqasında test yürüşü edəcək

Formula-1 üzrə Avropa Qran-prisinin rəsmi elçisi, "Euro Formula Open” yarışlarında "Kampos” (İspaniya) komandasında çıxış edən Azərbaycan pilotu Gülhüseyn Abdullayev Bakı Şəhər Halqasında test yürüşü edəcək.

Olimpnews.az saytının məlumatına görə, mayın 29-da təşkil olunacaq yürüşdə pilotun Bakı şəhər halqası boyunca üç dövrə vurması nəzərdə tutulur.

Gülhüseyn Abdullayev Azərbaycanı dəfələrlə avtoidman yarışlarında uğurla təmsil edib və hazırda Formula-3 pilotudur. Gənc pilot yanvarda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş "Formula Gulf 1000” yarışında yaxşı nəticə göstərərək birinci yerin sahibi olmuşdu.

Qeyd edək ki, Formula-1 üzrə Avropa Qran-prisi iyunun 17-19-da Bakıda təşkil olunacaq.