Peşəkar boksda şöhrət qazanan britaniyalı Derek Çisora yenidən riqnə qayıdıb. Super-ağır çəki dərəcəsində mübarizə aparan Çisora elə ilk döyüşdə argentinalı Ektor Avilonu məğlub edib. Aprelin 21-də təşkil olunan qarşılaşmanın 9-cu raundunda britaniyalının güclü və ardıcıl zərbələri argentinalını "silkələyib”. Nəticədə, hakim döyüşü yarımçıq saxlamalı olub. Qeyd edək ki, Derek Çisora sonuncu dəfə ötən ilin iyul ayında rinqə çıxmış və Devid Hey tərəfindən nokauta salınmışdı.