Cahangir Əsgərov dopinqə görə cəzalandırdı

Cahangir Əsgərov dopinqə görə cəzalandırdı



Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbərliyində dəyişikliklər edilib. Olimpnews.az saytının məlumatına görə, qurumun prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev yeni vitse-prezident, Rizvan Rəsulov isə baş katib təyin edilib. Rəsulov bu postda Yavər Hacıyevi əvəzləyib.

Yığmaya yeni baş məşqçi də gətirilib. Bundan sonra əsas komandamıza rəhbərliyi Tofiq Heydərov edəcək. O, bu postda Nizami Paşayevi əvəzləyib.

Yeni vəzifələrə təyinatdan sonra Əsgərov müşavirə keçirib və idmançılar tərəfindən qadağan olunmuş stimullaşdırıcı preparatlardan istifadə olunmasının təkrarlanmamağına qarşı ciddi tədbirlərin görülməsi barədə tapşırıq verib.

Hazırda federasiya Rio-2016 Yay Olimpiya Oyunlarına hazırlıq gedir. Ən yaxın zamanda Azərbaycanın ağır atletika üzrə yığmasının heyəti dəqiqləşdiriləcək.

Antidopinq qaydalarının pozulmasında ittiham olunan dünya və Avropa çempionu Boyanka Kostovaya gəlincə isə, Azərbaycan AAAF Beynəlxalq Ağır Atletika Federasiyasına apelyasiya şikayəti göndərib. Federasiya qısa müddətdə apelyasiya şikayətinin müsbət həllini tapacağına və idmançımızın Rio-2016-da iştirak edəcəyinə ümid edir. Lakin bunun üçün onun "wild card” alması da rol oynayacaq.

Qeyd edək ki, 6 ağırlıqqaldıranımız dopinqdə "ilişib” və müxtəlif müddətə idmandan uzaqlaşdırılıblar.