“Qanorar döyüşə qədər ödənilməlidir”

“Qanorar döyüşə qədər ödənilməlidir”


WBA, WBO və İBF versiyaları üzrə dünya çempionu Vladimir Kliçkonun rusiyalı boksçu Aleksandr Povetkinlə döyüşü ilə bağlı danışıqlar davam edir. Əsas problem Kliçkoya çatacaq qanorarın döyüşdən əvvəl ödənilməsi ilə bağlıdır. Qeyd edək ki, Kliçko-Povetkin qarşılaşmasının təşkilatçılığı hərraca çıxarılıb və gözlənilməz məbləğ təklif edən (23 milyon dollar) rusiyalı iş adamı Vladimir Xryunov həmin pulun hələlik cəmi 10 faizini ödəyib. Ukraynalı dünya çempionunun meneceri Bern Bente Kliçkoya çatacaq bu pulun döyüşə qədər bank hesabına köçürülməsini tələb edib. "Rusiya tərəfinin hərəkətləri bizi qane etmir. Tələb edirik ki, Kliçkoya veriləcək qanorarın hamısı döyüşə qədər bank hesabına köçürülsün. Pulun qarşılaşmadan sonra verilməsi ilə razılaşmayacağıq. Ümid edirəm ki, bizim tələbimizə əməl olunacaq. Əks təqdirdə, döyüş baş tutmayacaq”, - deyə menecer bəyan edib.