Boksçularımız ənənəvi turnirdə 5 qızıl, 4 gümüş, 1 bürünc medal qazanıblar

Boksçularımız ənənəvi turnirdə 5 qızıl, 4 gümüş, 1 bürünc medal qazanıblar


Aprelin 16-dan 20-dək Qazaxıstanın Aktobe şəhərində dünya və Avropa çempionu Qalib Cəfərovun şərəfinə yeniyetmələr arasında ənənəvi turnir keçirilib. Yarışda məşqçilər Təvəkkül Məmmədov və Elbrus Rzayevin rəhbərliyi altında 13 idmançımız mübarizə aparıb.
Təmsilçilərimiz uğurla çıxış edərək 5 qızıl, 4 gümüş,
1 bürünc medal qazanıblar. Şamil İbrahimzadə (60 kq), Rövşən Musayev (66 kq), Hüseyn Tarverdili (70 kq), Elvin Məhərrəmov (75 kq), Şükran Mehdiyev (80 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.
Malik Həsənov (46 kq), Qüdrət Quliyev (50 kq), Elməddin İsmayılov (54 kq), Elmin Əsgərov (63 kq) gümüş medala sahib olublar. Boksçumuz İlkin İmanov (80+kq) isə bürünc medal qazanıb. Xatırladaq ki, ötənilki analoji yarışda idmançılarımız 1 qızıl, 2 gümüş medal qazanmışdılar. Qeyd edək ki, əslən azərbaycanlı olan Qalib Cəfərov Qazaxıstanda anadan olduğundan uzun illər bu ölkənin milli komandasının şərəfini qoruyub. Yeniyetmələrdən ibarət milli komandamız iyunda Rusiyanın Kemerovo şəhərində keçiriləcək Avropa və avqustda Xarkovda təşkil olunacaq dünya birinciliyində iştirak edəcək.