Polşanın paytaxtı Varşavada Feliks Stammın xatirəsinə həsr olunan 30-cu ənənəvi boks turnirinə start verilib. Yarışda kişilərlə yanaşı, 3 çəki dərəcəsi üzrə qadın boksçular çıxış edirlər. 51 kq çəki dərəcəsinda mübarizə aparan Əzizə Abbasova ilk görüşdə kanadalı Mendi Bujolda uduzaraq, yarışı sonna çatdırıb. Digər boksçumuz Yana Alekseyevna ( 60 kq) isə finala vəsiqə əldə edib. Milli komandamızın üzvü ilk görüşdə İspaniya nümayəndəsi Cennifer Mirandanı məğlub edib. Həmyerlimiz ikinci qarşılaşmada polşalı Sandra Kruk üzərində 1 xal fərqlə qələbə qazanıb - 13:12. Boksçumuzun finalda rəqibi ukraynalı Aleksandra Sidorenko olacaq.