Aprelin 27-də Dövlət Sərhəd Xidməti Akademiyasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş " Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarı - ordu quruculuğunun banisidir” mövzusunda toplantı keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi mətbuat xidmətindən olimpnews.az saytına verilən xəbərə görə, toplantıda DSX-nın rəis müavini general-mayor Məhəmməd Abbasquliyev, DSX-nın Akademiyasının rəisi general- mayor Azad Məmmədov, AMEA-nın Tarix İnstitutunun direktoru professor Yaqub Mahmudov, millət vəkili Eldar İbrahimov və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov kursant və zabitlər qarşısında çıxış ediblər. Natiqlər dahi öndərin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışıblar. Tədbirin sonunda ulu öndərlə bağlı sənədli film nümayiş etdirilib.