Lənkəranda keçirilən birinci seçmə mərhələsi başa çatıb

Lənkəranda keçirilən birinci seçmə mərhələsi başa çatıb

Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının birinci seçmə mərhələsi davam edir.

Olimpnews.az saytının məlumatına görə, atletlər artıq Lənkərandakı yarışı da arxada qoyublar. Bu yarışda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı təmsil edən ağırlıqqaldıranlar körpücük üzərinə çıxıblar. Ümumilikdə 200-ə yaxın atlet Lənkərandakı iki yarış günündə medal üçün qüvvəsini sınayıb.

Yarışların təşkilində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Fevralın 1-2-də isə Samuxda Goranboy, Gəncə, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.