2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin siyahısı açıqlanıb.
Birinci Avropa Oyunlarında iştirakçılar idmanın 19 növündə - kamandan oxatma, üzgüçülük, atletika, badminton, basketbol (3X3), boks, kanoe, velosiped, çimərlik futbolu, gimnastika, cüdo, karate, stend atıcılığı, stolüstü tennis, taekvondo, triatlon, çimərlik voleybolu, güləş və qılıncoynatma - qüvvələrini sınayacaqlar.