Bakı səfəri AOK-un internet saytında yerləşdirilib

Bakı səfəri AOK-un internet saytında yerləşdirilib



Avropa Olimpiya Komitəsinin (AOK) saytında (http://www.eurolympic.org/fr) komitə üzvlərinin Bakıya səfəri ilə bağlı geniş məqalə dərc edib.
Saytda bildirilir ki, səfər çərçivəsində AOK nümayəndə heyətini səmimi qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev dövlətin birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsində maraqlı olduğunu nəzərə çatdıraraq bunun üçün hər bir şəraitin yaradılacağını bildirib.

Daha sonra o da bildirilir ki, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə keçirilən iclasda texniki və təşkilati məsələlər müzakirə olunub. Daha sonra AOK-un prezidenti Patrik Hikkey 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin adını açıqlayıb.