Memarlıq və İnşaat Universitetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Memarlıq və İnşaat Universitetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib


Bu gün Azərbyaycan Memarlıq və İnşaat Universitetində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Konfransda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, universitetin prorektoru Fərhad Cəfərov, Müəllim Həmkarlar İttifaqının sədri Şahin İsmayılov, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Tələbə Həmkarlar Təşkilatının sədri Bayram Aslanov, müəllim və tələbə heyəti iştirak edib.
Konfransda iştirak etmiş gənclərə müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaradılmasında, milli-siyasi suverenliyin qorunub saxlanılmasında, sürətli iqtisadi inkişafa nail olunmasında, milli-mədəni irsin mühafizəsində misilsiz xidmətlərindən danışılıb. Çıxış edənlər ulu öndərin ölkəmizə rəhbərlik etdiyi illəri Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış mühüm mərhələ kimi qiymətləndiriblər.