WBC versiyası üzrə ikinci yüngül çəkidə keçmiş dünya çempionu, 38 yaşlı yaponiyalı boksçu Masamori Takoyama həsb olunub. O, benzindoldurma məntəqəsində iki nəfər kişini döyməkdə günahlandırılır. Hadisə belə baş verib: keçmiş dünya çempionu ilə benzindoldurma məntəqəsindən çıxarkən 24 yaşlı bir gənc öz avtomobili ilə Masamorinin qarşısını kəsib. Təsadüfən baş verən bu iş keçmiş boksçunu əsəbləşdirib və o, yolunu kəsən gənc sürücünü yumruqla vurub. Takoyamanı sakitləşdirmək istəyən yanacaqdoldurma məntəqəsinin 53 yaşlı meneceri də dünya çempionunun yumruq zərbəsini "dadmalı” olub. Bu iki nəfərin şikayətindən sonra Tokio polisi Masamori Takoyamanı həbs edib. Polisə izahat verən boksçu deyib: "Maşınımla yanacaqdoldurma məntəqəsindən çıxarkən başqa bir avtomobil yolumu kəsdi. Düzü, həmin an çox əsəbləşdim. Yoluma çıxan gənc oğlanı vurdum. Məni sakitləşdirmək istəyən adama da bir yumruq dəydi. Bu hərəkətimə görə çox peşmanam”.