Suriyalının arzusu çin oldu

Suriyalının arzusu çin oldu

Suriya əsilli alman boksçu Manuel Çarr arzusuna çatıb. Çünki super-ağır çəkili britaniyalı boksçu Devid Hey onunla döyüşməyə razı olub. Xatırladaq ki, keçmiş dünya çempionu Devid Hey sonuncu dəfə rinqə ötən ilin iyul ayında çıxıb və həmyerlisi Derek Çisoranı nokautla məğlub edib. 32 yaşlı britaniyalı yenidən dünya çempionu olmaq arzusundadır. O, titul uğrunda mübarizəyə qoşulmaq üçün ardıcıl bir neçə döyüş keçirməlidir. Devid Hey həmin qarşılaşmalarda qələbə qazanarsa, Vladimir və ya Vitali Kliçko ilə döyüşmək hüququ əldə edəcək. Məhz buna görə də, o, Manuel Çarrla qarşılaşacağını bildirib. Manuelin arzuladığı döyüş iyunun 29-da Mançesterdə (İngiltərə) keçiriləcək.