Yoldaşlıq oyunu: Braziliya - Argentina - 0:1 - VİDEO

Yoldaşlıq oyunu: Braziliya - Argentina - 0:1 -  VİDEO

Avstraliyanın Melburn şəhərində Braziliya və Argentina milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.

Olimpnews.az saytının məlumatına görə, "Melburn Kriket Qraund" stadionunda təşkil olunan matç argentinalıların qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu matçın 45-ci dəqiqəsində Qabriel Merkado vurub.

Beləliklə, Argentina millisi 2012-ci ildən sonra ilk dəfə Braziliya komandasını məğlub edib.