Kayl Lafferti “Qarabağ”a transferi barəsində nə dedi? - VİDEO

Kayl Lafferti “Qarabağ”a transferi barəsində nə dedi? -  VİDEO
Şimali İrlandiya millisinin hücumçusu Kayl Lafferti "Qarabağ” klubuna transferi haqqında gedən söz-söhbətlərə aydınlıq gətirib. Olimpnews.az saytının məlumatına görə, yığmamızla oyundan sonra açıqlama verən britaniyalı futbolçu konkret təklif almadığını deyib.

30 yaşlı hücumçu belə bir təklifə müsbət yanaşa biləcəyini vurğulayıb: "Bakı əla şəhərdir. Burada yaşamağa və oynamağa hazıram. Ancaq mənə konkret təklif gəlməyib. "Qarabağ”dan və ya digər klubdan əlaqə saxlayan olmayıb. Əgər təklif olsa, oynayarammı? - Niyə də yox?"

Qeyd edək ki, Lafferti bu mövsüm "Norviç"in heyətində 17 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda "Norviç”dən ayrılan Kayl Lafferti azad agent statusu malikdir.