Millimizin final mərhələsinə getmək şansı azaldı

Millimizin final mərhələsinə getmək şansı azaldı

Ötən həftə DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçirilib. Olimpnews.az saytının məlumatına görə, Azərbaycan millisi C qrupunun VI turu çərçivəsində Şimali İrlandiya yığması ilə münasibətlərinə aydınlıq gətirib. Belfastda yığmamız üzərində qələbə qazanaraq, qrup ikinciliyini ələ keçirən britaniyalılar bu dəfə də qələbə qazanaraq mövqeyini möhkəmləndirib.

Oyuna yaxşı başlayan və hücumlar edən yığmamız bütün cəhdlərə baxmayaraq, hesabı aça bilməyib. Əvəzində isə oyuna əlavə olunmuş dəqiqələrdə rəqib fərqlənərək qələbə qazanıb - 0:1. Bununla da, yığmamızın DÇ-2018-in final mərhələsinə getmək şansı xeyli azaldı.

Qrupun digər matçında lider Almaniya yığması son pillədə qərarlaşan San Marino millisini sınağa çəkib. «Alman maşını» rəqib qapısından nə az, nə çox, düz 7 cavabsız top keçirib.

Norveç - Çexiya matçında isə qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qolla 1 xal qazanıblar.

DÇ-2018-in seçmə mərhələsi
C qrupu
Azərbaycan - Şimali İrlandiya - 0:1
Qol: Dallas, 90+2.
Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Alexandro Ernandes (hamısı İspaniya).
10 iyun. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Almaniya - San Marino - 7:0
Qollar: Draksler, 11, Vaqner, 16; 29; 85, Yunes, 38, Mustafi, 47, Brandt, 72.

Norveç - Çexiya - 1:1
Qollar: Soderlund, 55 - Cebre Selasie, 36.

                       O   Q  H  M     T    X
1. Almaniya      6   6   0   0   27-1 18
2. Ş.İrlandiya    6   4   1   1  11-2 13
3. Çexiya          6   2   3   1   9-5   9
4. Azərbaycan   6   2   1   3   3-9   7
5. Norveç          6  1   1   4   6-10  4
6. San Marino    6  0   0   6   1-30  0