“Qəbələ” “Stubay Cup” turnirində - VİDEO

“Qəbələ” “Stubay Cup” turnirində -  VİDEO

Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ” klubu mini-turnirdə iştirak edib.

Olimpnews.az saytının məlumatına görə, İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində məskunlaşan təmsilçimiz Avstriyanın "Vakker” və Bolqarıstanın CSKA klubları ilə birlikdə "Stubay Cup”da qüvvəsini sınayıb.

Hər iki matç 45 dəqiqədən ibarət olub.

Əvvəlcə "Vakker"lə qarşılaşan Roman Qriqorçukun yetirmələri 0:1 hesablı ilə məğlub olublar. Təmsilçimizin ikinci görüşü də məğlubiyyətlə başa vurub - 0:2. Yarışın qalibi isə CSKA olub.

"Stubay Cup”
18 iyun
"Qəbələ" - "Vakker" - 0:1
"Qəbələ" - CSKA - 0:2