Bu gün UEFA Çempionlar Liqasında 2017/18-ci illər mövsümünün ilk püşkatması keçirilib. Olimpnews.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə ilk iki təsnifat mərhələsinin püşkü atılıb.
Əvvəlcə qitənin 10 ən zəif çempionu 5 cütlük təşkil edib. I təsnifat mərhələsinin ilk matçları iyunun 27-28-də, cavab oyunları isə iyulun 4-5-də keçirəcək.
Sonra mübarizəyə II təsnifat mərhələsindən başlayacaq 29 klub və əvvəlki raundun 5 cütünün iştirakı ilə püşkatma keçirilib. Burada 34 iştirakçı 17 cütlük təşkil edib.
Yarışa II təsnifat mərhələsindən start verəcək Azərbaycan çempionu "Qarabağ”ın da rəqibi bəlli olub. Qurban Qurbanovun yetirmələri səpələnməmişlər səbətində yer alan "Samtredia” klubu (Gürcüstan) ilə üz-üzə gələcək. Bu mərhələnin ilk qarşılaşmaları iyulun 11-12-də, cavab matçları isə 18-19-da oynanılacaq.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi
1. "Vikinqur” (Farer adaları) - "Trepça” (Kosova)
2. "Hibernians” (Malta) - "İnfonet” (Estoniya)
3. "Alaskert” (Ermənistan) - "Santa-Koloma” (Andorra)
4. TNS (Uels) - "Europa” (Cəbəllütariq)
5. "Linfild” (Şimali İrlandiya) - "La Fiorita” (San Marino)
II təsnifat mərhələsi
APOEL (Kipr) - "Dudelanj” (Lüksemburq)
"Jalgiris” (Litva) - "Lüdoqorets” (Bolqarıstan)
"Qarabağ” (Azərbaycan) - "Samtredia” (Gürcüstan)
"Partizan” (Serbiya) - "Buduçnost” (Monteneqro)
I təsnifat mərhələsinin 2-ci cütünün qalibi - "Zalsburq” (Avstriya)
"Şerif” (Moldova) - "Kukesi” (Albaniya)
"Astana” (Qazaxıstan) - "Spartak” (Latviya)
BATE (Belarus) - I təsnifat mərhələsinin 3-cü cütünün qalibi
"Jilina” (Slovakiya) - "Kopenhagen” (Danimarka)
"Hapoel” (Beyer Şeva, İsrail) - "Honved” (Macarıstan)
"Riyeka” (Xorvatiya) - I təsnifat mərhələsinin 4-cü cütünün qalibi
"Malmö” (İsveç) - "Vardar” (Makedoniya)
"Zrinski” (Bosniya və Herseqovina) - "Maribor” (Sloveniya)
"Dandalk” (İrlandiya) - "Rusenborq” (Norveç)
"Hafnarfyordur” (İslandiya) - I təsnifat mərhələsinin 1-ci cütünün qalibi
I təsnifat mərhələsinin 5-ci cütünün qalibi - "Seltik” (Şotlandiya)
"Mariehamn” (Finlandiya) - "Legiya” (Polşa)