Bu gün Formula-1 üzrə Azərbaycan Qran Prisində ilk sərbəst yürüşlərə start verilib. Olimpnews.az saytının məlumatına görə, birinci sərbəst yürüş zamanı qəza baş verib.
"Force India" komandasının pilotu Serxio Peres qəzaya düşüb. O, İçərişəhərin qala divarlarının yaxınlığındakı döngədə manevr edərkən bolidi səddə çırpıb. Bolid yarasız hala düşüb. Qəza zamanı bolidin arxa təkəri yerindən çıxıb və nəticədə pilot yarışı yarımçıq tərk edib.
Pilot bolidi tərk etdikdən sonra marşallar ərazidə təmizlik işləri aparıblar. Bolidin trassdan götürülməsi üçün kran çağırılıb.