Konfederasiyalar Kubokunda yarımfinal mərhələsində ilk finalçının adına aydınlıq gəlib.
Olimpnews.az saytının məlumatına görə, Portuqaliya yığması final uğrunda matçda Çili millisi ilə qarşılaşıb.
Konfederasiyalar Kuboku
1/2 final mərhələsi
Portuqaliya – Çili - 0:0 (penltilər seriyası - 0:3)
Baş hakim: Alireza Faqani (İran)
28 iyun. Kazan. "Kazan Arena” stadionu.
Görüşdə həm 90 dəqiqə, həm də əlavə olunmuş 30 dəqiqədə qol vurulmayıb. Belə olan halda qalibin adına penalti seriyasında aydınlıq gəlib. Çilinin qapıçısı Bravo Portuqaliya millisinin üç futbolçusu - Quaresma, Moutinyo və Naninin zərbəsini dəf edərək komandasını finala yüksəldib.